ABŞ
Koronavirusun müalicəsində İNQİLAB: 100 milyon...
ABŞ Qida və Dərman İdarəsi (FDA) koronavirus xəstələrinin müalicəsi üçün yeni hüceyrələrə çevrilmək və özlərini bərpa etmək qabiliyyətinə sahib mezenximal kök hüceyrələrin istifadəsini ehtiva edən klinik araşdırmanı təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə “Clinical Trials Arena” saytı məlumat yayıb.
Bildirilib ki, Texas ştatında yerləşən “Hope Biosciences” şirkətinin ikinci mərhələ kliniki sınaqlar üçün müraciəti qəbul edilib. Şirkət Hyuston şəhərindəki River Oaks xəstəxanasında keçiriləcək sınaqlarda COVID-19 müalicəsi alan 110 xəstəyə yağ mənşəli mezenximal kök hüceyrələri ilə (HB-adMSCs) başqa müalicə üsulu tətbiq ediləcək. Xəstələrə 10 günlük periodda 4 dozada 100 milyon mezenximal kök hüceyrəsi inyeksiya olunacaq.
Şirkətin qurucusu və İdarə heyətinin sədri Donna Çanq müalicənin hədəfinin kliniki vəziyyəti ağır xəstələri süni tənəffüs aparatları qoşulmadan sağaltmaq olduğunu deyib: “Mezenximal kök hüceyrə tətbiq edilən xəstənin immun sisteminin koronavirusun verdiyi zərərə müqavimət göstərməsini və hüceyrələrin yenilənməsini təmin etməyi istəyirik. Xəstələri süni tənəffüs aparatına bağlanmaqdan xilas edə bilsək, həyatda qalma şanslarını artıra bilərik”.
Zümrüd
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov














.jpg)





















