ABŞ
Tramp Serbiya ilə Kosovonu barışdırdı - PAKT İMZALANDI
ABŞ Prezidenti Donald Tramp Serbiya ilə Kosovonun iqtisadi münasibətlərin normallaşdırılması ilə bağlı razılığa gəldiklərini bəyan edib.
Publika.az xarici KİV-ə istinadla xəbər verir ki bildirir ki, bununla bağlı Ağ Evin mətbuat katibinin köməkçisi məlumat verib.
Bildirib ki, dünən Vaşinqtonda baş tutan danışıqlardan sonra bu gün Ağ Evdə Prezident Donald Trampın iştirakı ilə Kosovonun Baş naziri Avdullah Hoti və Serbiya Prezidenti Aleksandar Vuçiç arasında pakt imzalanıb.
Bu razılaşma tərəflər arasında iqtisadi əlaqələrin normallaşdırılması, o cümlədən yolların, dəmiryolu və hava xətlərinin açılmasını nəzərdə tutur.
ABŞ Prezidenti Donald Tramp Serbiya və Kosova liderləri ilə Ağ Evdə görüşdən sonra bəyan edib ki, Serbiya İsraildəki səfirliyini Qüdsə köçürəcək, Kosova isə İsraili tanıyacaq.
Bundan əlavə, İsrail Baş naziri Benyamin Netanyahu da Kosova ilə diplomatik əlaqələrin qurulacağını bildirib.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
















.jpg)



















.jpg)
.jpg)

