ABŞ
Reyqanın müşaviri Putindən vətəndaşlıq istədi
1980-1988-ci illər arasında ABŞ-a rəhbərlik etmiş 40-cı prezident Ronald Reyqanın keçmiş müşaviri Suzanna Messi Rusiya Prezidenti Vladimir Putindən vətəndaşlıq istəyib.
Publika.az xəbər verir ki, bu barədə "Sputnik Türkiyə" məlumat yayıb.
1984-1988-ci illər ərzində Reyqanın ABŞ-ın keçmiş SSRİ ilə münasibətlər üzrə müşaviri vəzifəsində çalışan Messi iki ölkə xalqlarını bir-birinə yaxınlaşdırmaq üçün uzun müddət çalışdığını dilə gətirərək bu fəaliyyətini davam etdirmək üçün Rusiyada qalmaq istədiyini bildirib.
"Bəzi amerikalıların mənə vətən xaini deyəcəklərini, ABŞ-a qarşı çıxdığımı söyləyəcəklərini təxmin edə bilirəm", – deyən Suzanna Messi vurğulayıb ki, Rusiyada qalmaq üçün Putin ona vətəndaşlıq versə, bunu özünə şərəf hesab edəcək.
Qeyd edək ki, hazırda 90 yaşında olan Messi ABŞ-la Rusiya arasında casusluq fəlaiyyətlərinin ən aktiv olduğu dövrdə müşavir kimi çalışıb.
Messinin müraciəti ABŞ və Rusiya arasında münasibətlərin kəskinləşdiyi dövrə təsadüf etdiyindən Amerika mətbuatında böyük rezonans doğurub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

















.jpg)

















.jpg)
.jpg)

