ABŞ
Film çəkilişlərində FACİƏ: qadını güllələyən aktyor danışdı
Məşhur amerikalı aktyor Alek Bolduin "Rast" filminin çəkilişləri zamanı baş vermiş faciəvi hadisədən sarsıntı keçirdiyini yazıb.
"Həmkarımız, qadın və ana olan, qürur duyduğumuz Qalina Hatçinsin həyatını bitirən faciəvi hadisədən necə şoka düşdüyümü anlatmağa kəlmələr yetmir. Faciənin necə baş verdiyini araşdıran, istintaq aparan polislə tam əməkdaşlıq edirəm", - aktyor Instagram hesabında yazıb.
Aktyor qeyd edib ki, həlak olan qadının yaxınları ilə əlaqə saxlayıb və Hatçinsin həyat yoldaşına, ailəsinə dəstək göstərməyə hazırdır.
"Həyat yoldaşına, oğluna, Qalinanı tanıyan və sevən hər kəsə ürəyim yanır", - Bolduin əlavə edib.
Hadisə Nyu-Meksiko ştatında baş verib. Film çəkilişi vaxtı Bolduin boş patronla doldurulmuş tapançadan atəş açıb. Operator Qalina Hatçins ağır yaralanıb və onu aviasiya ilə Albukerke şəhərinin xəstəxanasına çatdırıblar. Ancaq həkimlər onu xilas edə bilməyiblər. Başqa bir güllə isə filmin rejissoru Coel Souzanın çiynini yaralayıb.
Variety jurnalı indilərdə bildirib ki, həmin butafor tapançanın içində bir döyüş patronu olub. Bu barədə məlumatı isə Teatr Səhnəsi Əməkdaşlarının Beynəlxalq Alyansı özünün 44 üzvünə elektron poçtla göndərib.
Santa-Fe dairəsinin şerifi bildirib ki, atəşi açan Alek Bolduindir, ancaq hələlik ona qarşı ittiham irəli sürülməyib. Filmin çəkilişləri dayandırılıb.
Qalina Hatçinsin 42 yaşı vardı. O, Ukraynada doğulub. Kiyev Universitetinin beynəlxalq jurnalistika fakültəsini bitirib. Son illər Los-Ancelesdə yaşayırmış. Bir neçə Hollivud filminin ("Əzizim" (2019), "Qatı düşmən" (2020) və Blindfire (2020)) operatoru olub .
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































