ABŞ
Amerikalı hərbi ekspertdən ŞOK SÖZLƏR: Onlar hücum edəcəklər
ABŞ hərbi eksperti Cerri Hendriks "Wall Street Journal" dərgisi üçün yazdığı məqalədə Amerika təyyarə gəmilərinin təhlükəsizlik baxımından zəif olduğunu və bu zəifliyin onları Rusiya və Çin raketlərinə qarşı müdafiəsiz vəziyyətdə qoyduğunu bildirib.
Publika.az xəbər verir ki, Amerika döyüş gəmilərinin müasir imkanlarının sahildəki hədəflərə hücum imkanı vermədiyinə diqqət çəkən Hendriks ABŞ-ın Çin və Rusiya ilə rəqabət aparmaq üçün hücum məsafəsini artırmalı olduğunu qeyd edib.
"İndi həm Çin, həm də Rusiya daşıyıcı qrupların hədəf bölgələrə yaxınlaşma ehtimalını əhəmiyyətli dərəcədə çətinləşdirən və bəlkə də tamamilə istisna edən təsirli döyüş texnikaları əldə ediblər. Gəmi qrupları sahilə 1800 kilometrdən az məsafədə yaxınlaşa bilmir və bu, sahili gəmilərdə istifadə edilən F/A-18 qırıcıları və bombardmançıları üçün əlçatmaz edir".
Amerikalı ekspert vurğulayıb ki, yaxın vaxtlarda təyyarədaşıyan gəmilərin göyərtəsində insanlı və ya pilotsuz uzaqmənzilli təyyarələr görünməsə, hücum qrupları Rusiya və Çinin qarşısının alınması prosesinə ciddi təsir göstərə bilməyəcək.
ABŞ-ın müdafiə və milli təhlükəsizliyinin gələcəyi ilə bağlı təhlillərə yer verən "Defence One" saytı Rusiya ordusunun onilliklər ərzində ən yaxşı formada olduğunu və Moskva ilə Pekin arasında strateji koordinasiyanın dərinləşməsinin Vaşinqtonun üstünlüyünə xələl gətirdiyini bildirib.
Akqabay
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)





















.jpg)
.jpg)
