ABŞ
NATO-nun baş katibi Ukraynadakı münaqişənin yeni mərhələsini elan etdi
Ukraynadakı münaqişə “logistik” qarşıdurmanın yeni mərhələsinə keçib.
Publika.az xəbər verir ki, bu fikri NATO-nun baş katibi Yens Stoltenberq hazırkı vəziyyəti təhlil edərkən deyib.
"Ria Novosti"nin yazdığına görə, Şimali Atlantika Alyansının rəhbəri etiraf edib ki, assosiasiyanın indiyədək Ukraynaya göndərdiyi artilleriya mərmiləri ehtiyatı tükənib. Onun sözlərinə görə, münaqişə yeni mərhələsinə keçdiyi üçün NATO üzvləri hasilatın artırılmasını zəruri hesab edirlər.
Alyansın nümayəndəsi qeyd edib ki, mərmi istehlakının hazırda istehsaldan öndə olması əsas problemlərdən biridir. Onun sözlərinə görə, müttəfiqlər diqqəti istehsala yönəltməyə çalışırlar:
"Çünki hazırda logistika qarşıdurması var və ukraynalıları hər gün təchiz etmək vacibdir ki, onlar döyüş meydanında nəticələr əldə etməyə davam etsinlər".
Aytən Məftun
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov














.jpg)





















