ABŞ
ABŞ-ın Ukrayna planı: MKİ rəisi Kiyevə gizli səfər edib, ilin sonuna qədər...
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns və Ukrayna prezidenti Vladimir Zelenski gizli görüş keçiriblər.
Publika.az xəbərt verir ki, onlar işğal olunmuş əraziləri qaytarmaq planlarını müzakirə ediblər. “The Washington Post”un yazdığına görə, onların gizli danışıqları iyun ayında baş tutub.
Söhbət zamanı Ukrayna rəsmiləri Bernslə əraziləri geri almaq üçün “iddialı strategiya”nı müzakirə ediblər. Bundan başqa, MKİ rəhbərinə bu ilin sonunadək Moskva ilə atəşkəslə bağlı danışıqlara başlamaq niyyəti barədə məlumat verilib.
Bildirilir ki, Bernsin səfərinin məqsədi Amerika tərəfinin Ukraynaya özünü müdafiə etmək üçün nəzərdə tutulmuş kəşfiyyat məlumatlarının mübadiləsinə sadiqliyini təsdiqləmək olub.
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Rusiya ilə danışıqların mümkün olduğunu bildirib. Onun sözlərinə görə, Ukrayna “bütün qonşularla normal mehriban qonşuluq şəraitində” yaşamağa hazırdır, lakin bunun üçün Moskva münaqişənin həllinə yanaşmasına yenidən baxmalı olacaq.
Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, hazırda Ukrayna ilə danışıqlar üçün heç bir ilkin şərt yoxdur.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq

































