ABŞ
ABŞ RAZILAŞDI: “F-35” qırıcıları Türkiyəyə verilir
Vaşinqtonun bu məsələyə münasibəti dəyişdiyi üçün Türkiyə tərəfi ABŞ-a təhvil verilməyən “F-35” qırıcılarının qəbulu üçün yenidən sorğu göndərib.
Publika.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
“ABŞ-də 6 ədəd “F-35” təyyarəmiz var. İndi bizim “KAAN” (Türkiyənin beşinci nəsil döyüş təyaarəsi – Qeyd) istehsal etdiyimizi gördülər və münasibətləri dəyişib. Təyyarələri təhvil verə biləcəklərini deyirlər. Biz onlara “F-35” almaq təklifini yenidən göndərdik”, - deyə o qeyd edib.
Qeyd edək ki, beşinci nəsil “KAAN” qırıcısı ilk sınaq uçuşunu fevralın 21-də uğurla həyata keçirib. Təyyarə üzərində işlər 2017-ci ildə Türkiyə Aerokosmik Sənayesi Şirkətinin (TUSAŞ) Milli Döyüş Təyyarələri proqramı çərçivəsində başlayıb. Türkiyəli ekspertlərin fikrincə, gələcəkdə ölkənin Hərbi Hava Qüvvələrinin arsenalındakı F-16 qırıcılarını əvəzləyəcək “KAAN” taktiki və texniki xüsusiyyətlərinə görə ABŞ-ın F-35 qırıcılarını üstələyir.
2023-cü il iyulun sonunda Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə TUSAŞ arasında “KAAN” layihəsi üzrə əməkdaşlıq haqqında protokol imzalanıb. Bundan sonra, 2024-cü ilin martında TUSAŞ-ın keçmiş baş direktoru Temel Kotil mediaya “KAAN” komponentlərindən birinin Azərbaycanda istehsal ediləcəyini söyləyib.
-
Səhiyyə00:306 aylıq körpəni saatlarla gözlətdilər - “Leyla Medical”a ağır ittiham
-
Magazin100:15Həmidə Ömərova ilk dəfə nəvəsinin FOTOSUNU PAYLAŞDI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Yeni planlar sizi həyəcanlandıra bilər
-
Magazin213 Dekabr 22:40Azərbaycan Ermənistana 3 xal verdi, onlar isə...
-
MDB13 Dekabr 22:12Rusiyada azərbaycanlılara qarşı ƏMƏLİYYAT - Sabirabadlı avtoritet saxlanıldı
-
Magazin113 Dekabr 21:24Səsləri onların qızı elan edəcək - FOTO
-
Sosial13 Dekabr 20:30Həbsdə olan Elbəyi Kərimli VƏFAT ETDİ
-
Magazin113 Dekabr 20:12Nadir xanımı və yeni doğulan nəvəsi ilə - FOTO




































