ABŞ
"Bild" nəşri Trampın oğlunu ifşa etdi: hər şey yalan imiş...
Kiçik Donald Tramp Qrenlandiyaya səfəri zamanı adanın ABŞ-a keçidini dəstəkləmələri üçün "bomj"lara pul paylayıb.
Publika.az xəbər verir ki, bu iddia ilə Almaniyanın "Bild" nəşri çıxış edib.
Nəşrin məlumatına görə, kiçik Tramp Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə səfəri zamanı özünü sadiq tərəfdarların əhatəsində göstərməyə çalışıb. O, bir restoranda MAGA (Make America Great Again - Amerikanı yenidən möhtəşəm edin) şüarlı papaqlar taxan insanlarla görüş keçirib.
“Bild” yazır ki, adanın ABŞ-a birləşdirilməsinin "tərəfdarlar"ı küçədən yığılan "bomj"lar olub. Onlara pulsuz yemək təklif edilib və ya pul verilib. Tədbir kiçik Trampa təxminən 1340 avroya başa gəlib.
“Kiçik Tramp kimi tapsa, götürürdü. Küçədə hər cür xırda əşyalar satan kasıb insanları və evsizləri yığırdılar”, - görüş iştirakçılarından biri nəşrə bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp qrenlandiyalıların ABŞ-dan adalarını satın almağı xahiş etdikləri ilə bağlı video yayımlamışdı. Həmin videonu da yanvarın əvvəlində adaya səfər edən kiçik Donald Trampın komandası lentə alıb.
Ləman
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?












.png)





.jpg)



.jpg)
















