ABŞ
ABŞ qırıcıları Əl-Baydadakı texniki instituta ZƏRBƏ ENDİRDİ
ABŞ qırıcıları Yəmənin mərkəzində Əl-Bayda əyalətində texniki instituta, hərbi polis idarəsinə və Dhammar əyalətində emalatxanaya zərbələr endirib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" yəmənli mənbəyə istinadla məlumat yayıb.
Agentliyin mənbəsinin bildirdiyinə görə, Amerika qırıcıları əyalətdə, o cümlədən Radaa bölgəsində gusilərin "Ənsar Allah" hərəkatı ilə əlaqəli Əl-Qusayr düşərgəsi və Əl-Beydanın şimal-qərbində Əl-Qureyşiyyə bölgəsindəki Əl-Qureyşiyyə Texniki İnstitutunda səkkiz zərbə endirib.
Martın 15-i axşam saatlarında ABŞ Mərkəzi Komandanlığı “Ənsar Allah” hərəkatına qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib. Əməliyyat qrupun strateji hədəflərinə bir sıra dəqiq zərbələr endirməsini nəzərdə tutur.
Komandanlıq vurğulayıb ki, tədbirlər “Amerikanın maraqlarını qorumaq, təhdidlərin qarşısını almaq və beynəlxalq gəmiçilik təhlükəsizliyini bərpa etmək” məqsədi daşıyır.
Hüseyn İbadlı
-
Dünya20:12Qədim məbədin xarabalıqlarında görün kimin başı tapıldı
-
Magazin119:00Saleh Bağırov müğənni haqqında: "Olduqca təhlükəli və əxlaqdan bixəbərdir"
-
Hadisə17:44Nizami Gəncəvinin abidəsi təhqir olundu - VİDEO
-
MDB17:09Kadırovun oğlu Ukraynadakı əməliyyatlara verdiyi töhfəyə görə təltif edildi
-
Hadisə16:13"Makedon" vəfat etdi
-
Yaxın Şərq15:55İsrail ordusu indi də Suriyaya girdi
-
MDB14:28Ukrayna son sutkada 1400-ə yaxın hərbçi itirib? - Şok iddia
-
Magazin214:0249 yaşlı Şakiranın yeni imici - FOTO





































