ABŞ
ABŞ-da “şatdaun böhranı” böyüyür - Senat 7-ci dəfə hökumətin qanun layihələrini RƏDD ETDİ
ABŞ Senatı ardıcıl yeddinci dəfə hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihələrini rədd edib və dövlət büdcəsi ətrafında yaranmış siyasi çıxılmaz vəziyyəti aradan qaldıra bilməyib.
Publika.az xəbər verir ki, "C-Span" telekanalında yayımlanan səsvermənin nəticələri elan edilib.
Səsvermənin nəticələrinə görə, demokratların təşəbbüsü uğur qazanmayıb — 47 lehinə, 50 əleyhinə səs alıb. Respublikaçıların qanun layihəsi də prosedur maneələri aşmaq üçün tələb olunan 60 səsi toplaya bilməyib.
Oktyabrın 1-də ABŞ-da hökumətin fəaliyyəti dayandırılıb, çünki Senat büdcə layihəsini razılaşdırmayıb. Səbəb — demokratlar və respublikaçılar arasında səhiyyənin maliyyələşdirilməsi ilə bağlı fikir ayrılığıdır. Beləliklə, ABŞ-da ölkə tarixində 22-ci, prezident Donald Tramp dövründə isə 4-cü dəfə şatdaun başlayıb.
Amerika üzrə siyasi şərhçi Malek Dudakovun sözlərinə görə, hazırkı vəziyyət ABŞ siyasətində dərin parçalanmanı və kəskin institusional böhranı təcəssüm etdirir.
Hüseyn İbadlı
-
Dünya08:12Yağışdan gizlənən üç qızı ildırım vurub öldürdü
-
İKT08:00“Samsung” istifadəçilərinə üzücü xəbər
-
Ekologiya07:17Bu gün yağış yağacaq
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)



























.png)

.jpg)





