ABŞ
Həkimi Trampın "kardioloji yaşı"nı açıqladı
ABŞ Prezidenti Donald Tramp tibbi müayinədən uğurla keçdi və müstəsna fiziki formada olduğunu göstərdi.
Publika.az xəbər verir ki, bu barədə Trampı müalicə edən həkimin rəyində deyilir.
Ağ Evin Mətbuat xidmətinin yaydığı sənədə görə, Tramp Vaşinqton ətrafındakı Uolter Rid adına Hərbi Tibb Mərkəzində planlı tibbi müayinədən uğurla keçib.
ABŞ liderinin həkimi Şon Barbabella onun metabolik, hematoloji və kardioloji göstəricilərinin sabit qaldığını açıqlayıb.
"Aparılan kompleks laboratoriya tədqiqatları əla nəticələr göstərdi. Prezident Tramp müstəsna fiziki formadadır, ürək-damar, tənəffüs, sinir və dayaq-hərəkət sistemlərinin yüksək göstəricilərini nümayiş etdirir", - həkimin rəyində bildirilir.
Vurğulanıb ki, Trampın ürək-damar sistemi bütün göstəricilər üzrə real yaşından 14 il daha gənc görünür. Bu da ona sağlamlığı ona məhdudiyyətsiz şəkildə gərgin iş qrafikini davam etdirməyə imkan verir.
Beynəlxalq səyahətlər ərəfəsində Trampa qrip və COVID-19 peyvəndi vurulduğu da qeyd edilib.
-
Dünya08:12Yağışdan gizlənən üç qızı ildırım vurub öldürdü
-
İKT08:00“Samsung” istifadəçilərinə üzücü xəbər
-
Ekologiya07:17Bu gün yağış yağacaq
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)



























.png)

.jpg)





