ABŞ
Kuper Qəzzadan GERİ DÖNDÜ - ABŞ qoşun yeridəcək?
Amerika Birləşmiş Ştatları Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper rəsmən bəyan edib ki, Qəzza zolağına Amerika qoşunlarını yerləşdirmək planları yoxdur.
Publika.az xəbər verir ki, bu barədə CENTCOM-un "X" hesabında onun sözlərinə istinadla paylaşım edilib.
Kuper bildirib ki, Mərkəzi Komandanlıq münaqişə bitdikdən sonra regionda sabitliyi dəstəkləmək üçün səyləri əlaqələndirəcək Mülki-Hərbi Əməkdaşlıq Mərkəzinin yaradılmasına diqqət yetirəcək.
"CENTCOM-un nəzdində Mülki-Hərbi Əməkdaşlıq Mərkəzinin yaradılması istiqamətində görülən işlər haqqında hesabat vermək üçün Qəzzadan indicə qayıtdım. Bu əlamətdar səy Qəzzada Amerika qoşunlarının iştirakı olmadan həyata keçiriləcək", - admiral bəyanatda vurğulanıb.
"Fox News"un jurnalisti Cennifer Qriffin bildirib ki, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff da qoşunların çıxarılması razılaşmasına əməl olunmasına nəzarət etmək üçün Kuperlə birlikdə İsrailin Qəzzadakı hərbi bazasına baş çəkib. Qriffin sözlərinə görə, ABŞ-ın hər iki nümayəndəsi artıq İsrailə qayıdıb.
Hüseyn İbadlı
-
Dünya08:12Yağışdan gizlənən üç qızı ildırım vurub öldürdü
-
İKT08:00“Samsung” istifadəçilərinə üzücü xəbər
-
Ekologiya07:17Bu gün yağış yağacaq
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)



























.png)

.jpg)





