Jirinovskinin dedikləri olur: Şimali Amerika dağılacaq - Alimlər açıqladı
Bizi izləyin

ABŞ

Jirinovskinin dedikləri olur: Şimali Amerika dağılacaq - Alimlər açıqladı

ABŞ yaxınlaşan böyük fəlakətin astanasındadır. Alimlər hesab edirlər ki, Xuan de Fuka plitəsinin Şimali Amerika plitəsinin altına endiyi Kaskadiya subduksiya zonasında tezliklə güclü zəlzələ baş verə bilər. Geoloqların bəyanatına görə, bu hadisənin dəhşətli nəticələri olacaq.

Publika.az xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb.

Amerikalı ekspertlər hesab edirlər ki, Kaskadiya bölgəsində və San Andreas fay xəttində baş verən zəlzələlər bir-biri ilə əlaqəli ola bilər. Bu tektonik bloklar Mendosino burnunda birləşir. Qədim sualtı sürüşmələrin təhlili göstərib ki, son 2500 il ərzində Kaskadiyadakı ən güclü zəlzələlər tez-tez San Andreas fay xəttində təkanlarla müşayiət olunub. Üstəlik, bu hadisələr demək olar ki, eyni vaxtda baş verib. Bu o deməkdir ki, “ikiqat zərbə” deyilən ssenari tamamilə mümkündür.

Alimlərin bu proqnozu Rusiya Liberal Demokrat Partiyasının keçmiş lideri Vladimir Jirinovskinin ABŞ-da baş verə biləcək fəlakətlər barədə dəfələrlə verdiyi proqnozları xatırladıb. O, daha əvvəl süni zəlzələlərə səbəb ola biləcək tektonik silahların mövcudluğu barədə məlumat vermişdi. Siyasətçi hətta bu texnologiyadan istifadə olunarsa, Yerin qravitasiya sahəsinin dəyişmə riskinin olduğunu bildirmişdi. Onun sözlərinə görə, belə bir dəyişiklik demək olar ki, bütün ABŞ-ı su altında qoya bilər.

Qeyd edək ki, bu, Vladimir Jirinovskinin yeganə proqnozu deyil. O, həmçinin İsrail və İran arasında mümkün münaqişə barədə fərziyyələr səsləndirmişdi ki, nəticədə bunlar da gerçəkləşdi.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm