ABŞ
Tramp BRICS-i PARÇALADI - “Əgər bu oyunu oynamaq istəyirsinizsə...”
Bəzi ölkələr ABŞ-ın onların bütün ixrac məhsullarına gömrük rüsumları tətbiq edəcəyi ilə hədələməsindən sonra BRICS birliyindən çıxmağa başlayıblar.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Argentina lideri Xavyer Mile ilə görüşü zamanı bəyanat verib.
Amerikalı liderin sözlərinə görə, o, BRICS-ə qoşulmaq ehtimalını nəzərdən keçirən bütün ölkələri ABŞ-ın onlara qarşı ticarət rüsumları tətbiq etməyə hazır olduğu barədə xəbərdar edib.
“Hamısı BRICS-dən çıxdı. Onların hamısı BRICS-dən çıxır. BRICS dollara qarşı bir hücum idi. Mən dedim: "Əgər bu oyunu oynamaq istəyirsinizsə, ABŞ-a göndərdiyiniz bütün məhsullara rüsum tətbiq edəcəyəm." Onlar dedilər: "Biz BRICS-dən çıxırıq. Artıq BRICS haqqında heç danışmırlar”, - deyə Tramp bildirib.
Sentyabr ayında Donald Trampın ticarət üzrə baş müşaviri Piter Navarro bildirib ki, BRICS ölkələrinin heç biri ABŞ-la ticarət olmadan yaşaya bilməz.
“Onlar ixracatlarını ABŞ-a satanda, sanki vampirlər kimi, ədalətsiz ticarət praktikaları ilə bizim qanımızı sorurlar,” - deyə Navarro qeyd edib.
BRICS -Rusiya, Braziliya, Hindistan, Çin, Cənubi Afrika, İran, BƏƏ, Misir, Efiopiya və İndoneziyadan ibarət on ölkənin birliyidir. Təşkilat 2009-cu ilin iyun ayında Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində Braziliya, Rusiya, Hindistan və Çin iqtisadiyyat nazirlərinin iştirakı ilə yaradılıb.
Hüseyn İbadlı
-
Dünya08:12Yağışdan gizlənən üç qızı ildırım vurub öldürdü
-
İKT08:00“Samsung” istifadəçilərinə üzücü xəbər
-
Ekologiya07:17Bu gün yağış yağacaq
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)


























.png)

.jpg)





