ABŞ
"ChatGPT"yə etibar edən qadın SƏRVƏT QAZANDI
ABŞ-da bir qadın "ChatGPT"nin köməyi ilə yaradılmış rəqəmlər kombinasiyasından istifadə edərək lotereyada 100 min dollar udub.
Publika.az xəbər verir ki, bu barədə UPI agentliyi məlumat yayıb.
Miçiqan ştatının sakini, 45 yaşlı Tammi Karvi ötən ay ştat lotereyasının əsas mükafatı bir milyard dolları keçdikdə lotereya bileti almağa qərar verib. O, "ChatGPT"dən ona rəqəmlər seçməsini xahiş edib və həmin rəqəmləri onlayn mərcində istifadə edib.
6 sentyabr tirajında Tammi dörd ağ topu və "Powerball" nömrəsini düzgün təxmin edib. Bu ona 50 min dollar qazandırıb, lakin “Power Play” seçimi aktiv olduğu üçün məbləğ ikiqat artaraq 100 min dollara çatıb. Qadının sözlərinə görə, o, əvvəlcə bu uğuruna inanmayıb.
“Biz ərimlə tam çaşqınlıq içində idik”, - deyə amerikalı qadın etiraf edib.
İndi Tammi bu pulu ipoteka borcunu ödəmək və qalanını banka qoymaq üçün istifadə etməyi planlaşdırır.
Hüseyn İbadlı
-
İKT08:00“Samsung” istifadəçilərinə üzücü xəbər
-
Ekologiya07:17Bu gün yağış yağacaq
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız



























.png)

.jpg)





