ABŞ
Nyu-Yorkda Tramp əleyhinə 100 minlik mitinq keçirildi
Nyu-Yorkda 100 mindən çox insan ABŞ prezidenti Donald Tramp administrasiyasının siyasətinə qarşı nümayişlərdə iştirak edib.
Publika.az xəbər verir ki, bu barədə şəhərin polisi "x" sosial şəbəkəsində bildirib.
"Bütün beş ölkədə 100 mindən çox insan Birinci Düzəlişə uyğun olaraq hüquqlarını dinc şəkildə istifadə edib. Nyu-York polisi etirazlarla bağlı heç bir həbs tədbiri aparmayıb", - deyə qeyd olunub.
Qeyd edək ki, oktyabrın 18-də ölkə boyu “Krallara yox” şüarı altında kütləvi etiraz aksiyaları keçirilib. "Prezident mütləq gücə malik olduğuna inanır, lakin Amerikada krallar yoxdur və biz xaosa, korrupsiyaya və qəddarlığa qarşı mübarizədə təslim olmayacağıq", - deyə təşkilatçılar bildiriblər.
-
İKT08:00“Samsung” istifadəçilərinə üzücü xəbər
-
Ekologiya07:17Bu gün yağış yağacaq
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız



























.png)

.jpg)





