ABŞ
Tramp Yaponiyaya səfər edəcək
ABŞ Prezidenti Donald Trampın Yaponiyaya səfərinin oktyabrın 27-dən 29-dək baş tutacağı gözlənilir.
Publika.az xəbər verir ki, bunu Yaponiyanın Nazirlər Kabinetinin Baş katibi Minoru Kihara jurnalistlər üçün keçirdiyi növbəti mətbuat konfransında bildirib.
"ABŞ prezidenti Tramp Yaponiyaya dəvət olunub. Onun səfərinin oktyabrın 27-dən 29-dək baş tutacağı gözlənilir", - deyə o qeyd edib.
Kihara bildirib ki, Trampın səfəri zamanı Yaponiyanın yeni baş naziri Sanae Takaiçi ilə danışıqlar aparacağı və İmperator Naruhitonun qəbulunda olacağı gözlənilir.
Nazirlər Kabinetinin Baş katibi Amerika liderinin səfərinin ölkələr arasında ikitərəfli münasibətlərin gələcək inkişafında mühüm addım olacağına əminliyini ifadə edib.
Bu, Trampın ikinci prezidentlik dövründə Yaponiyaya ilk səfəri olacaq.
-
Ekologiya07:17Bu gün yağış yağacaq
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO




























.png)

.jpg)





