ABŞ
Ağ Ev-Kreml xəttində QIRILMA NÖQTƏSİ - Liderlərin görüşü buna görə ləğv edilib
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Macarıstanda keçiriləcək sammit iki ölkənin xarici işlər nazirləri Sergey Lavrov və Marko Rubio arasında gərgin telefon danışığından sonra ləğv edilib.
Publika.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Qeyd edilib ki, Rusiya və Amerika diplomatları oktyabrın 20-də telefonla danışıqlar aparıblar. Onların söhbəti “uğursuzluq” bitib. Məqalə müəllifləri ehtimal ediblər ki, Lavrov söhbət zamanı Rubioya Moskvanın hazırkı cəbhə xətti boyunca münaqişənin dondurulması təklifi ilə razılaşmadığını bildirib.
Oktyabrın 16-da Putin və Tramp arasında telefon danışığı olub və onlar Macarıstanda şəxsən görüşmək barədə razılığa gəliblər. Kreml bildirib ki, danışıqlar iki həftə və ya daha sonra baş tuta bilər.
Oktyabrın 21-də CNN yazıb ki, Rusiya və ABŞ xarici işlər nazirləri arasında ötən gün baş tutan söhbətdən sonra amerikalı rəsmilər belə qənaətə gəliblər ki, Rusiya hakimiyyəti Ukrayna ilə bağlı “maksimalist tələblərinə” əməl etməkdə davam edir. Mənbənin sözlərinə görə, Rubio çətin ki, gələn həftə Ağ Evə Rusiya lideri ilə sammit keçirməyi tövsiyə etsin.
Daha sonra Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Macarıstanda görüşə hazırlıqların davam etdiyini bildirib .
Hüseyn İbadlı
-
Ekologiya07:17Bu gün yağış yağacaq
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO




























.png)

.jpg)





