ABŞ
Bu ölkə Reyqanla bağlı reklam yaydı, Tramp qəzəbləndi: Danışıqlar dayandırıldı
ABŞ prezidenti Donald Tramp Kanada ilə bütün ticarət danışıqlarının başa çatdığını elan edərək, ölkə hökumətini uydurma reklamdan istifadə etməkdə ittiham edib.
Publika.az xəbər verir ki, o, bu barədə elanı “TruthSocial” sosial media platformasında yayıb.
Amerika liderinin sözlərinə görə, Kanada tərəfi ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın ticarət tarifləri ilə bağlı mənfi fikirlər səsləndirdiyi saxta reklamlar yayıb.
“Onların belə davranışlarına görə Kanada ilə bütün ticarət danışıqları dayandırılır”, - Tramp yazıb.
Sentyabr ayında “Global Affairs Canada” Kanada-Meksika-Amerika Birləşmiş Ştatları Ticarət Sazişi (CUSMA) üzrə ictimai məsləhətləşmələrin yeni mərhələsinin başlandığını elan etdi.
Kanadanın Baş naziri Mark Karni bildirib ki, Kanada və Meksika Birləşmiş Ştatlarla tərəfdaşlığa sadiqdirlər və üç ölkə arasında azad ticarət sazişinin daha ədalətli və effektiv olmasında maraqlıdırlar.
Tural
-
Ekologiya07:17Bu gün yağış yağacaq
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO




























.png)

.jpg)





