ABŞ
Maskdan ŞOK ÇAĞIRIŞ - Avropa İttifaqı dağılsın, suverenliyi...
Amerikalı biznesmen İlon Mask Avropa İttifaqının ləğv olunmasının vacib olduğunu bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə sahibi olduğu "X" sosial şəbəkəsindəki hesabında yazıb.
“O, Avropa İttifaqını ləğv edib suverenliyi fərdi ölkələrə qaytarmaq lazımdır ki, hökumətlər öz xalqını daha yaxşı təmsil edə bilsinlər”, - deyə Mask vurğulayıb.
Mask qeyd edib ki, bürokratiya Avropanı yavaş-yavaş boğur. Həmçinin o, ABŞ-ın Avropa İttifaqını nədən qoruduğunu da sual edib.
Dekabrın 5-də Avropa Komissiyasının rəsmi nümayəndəsi Toma Renye Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib ki, "X" sosial şəbəkəsi Avropa İttifaqının rəqəmsal xidmətlər qanununu pozduğu üçün 120 milyon avro cərimələnib.
Avropa İttifaqının rəqəmsal xidmətlər qanunu (Digital Services Act, DSA) onlayn platformalar (sosial şəbəkələr, marketpleyslər, axtarış sistemləri) üçün vahid qaydalar müəyyən edir. Qanuna əsasən, platformalar təhlükəsiz rəqəmsal məkan yaratmalı, qanunsuz məzmunla (terrorizm, nifrət, dezinformasiya) mübarizə aparmalı, reklam və alqoritmlərin şəffaflığını artırmalı, istifadəçilərin, xüsusən də uşaqların hüquqlarını qorumağa borcludur.
Hüseyn İbadlı
-
Magazin101:11Cennifer Lopez səhnəyə elə libada çıxdı ki... - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu sizə ən doğru yolu göstərəcək
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin22 İyul 19:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman2 İyul 18:36Volk Messi və Ronaldo arasında seçim etdi











.jpg)



















.jpg)





