Art
VII Muğam Televiziya Müsabiqəsinin finalı başladı - FOTO
Üç ay müddətində həyəcan dolu anların yaşandığı VII Muğam Televiziya Müsabiqəsi başa çatır.
Publika.az Azərtac-a istinadən xəbər verir ki, iyunun 15-də Heydər Əliyev Mərkəzində keçirilən final gecəsi 7 gənc iddiaçının dolğun ifaları ilə yadda qalıb.
Bildirilib ki, gözəl mədəniyyət hadisəsi kimi yadda qalan Muğam Televiziya Müsabiqəsinin finalı ölkəmizin salnaməsinə qızıl həriflərlə yazılmış ictimai-siyasi hadisəni - Milli Qurtuluş Gününü bayram etdiyimiz tarixi məqama təsadüf edir.
Vurğulanıb ki, xalqımızın həmişə fəxr etdiyi, orijinal forma və məzmunu ilə seçilən muğam sənəti qərinələrdən keçərək müasir dövrümüzə çatıb. Mədəniyyətimizin nəinki Şərq aləmində, Avropada, bütün dünyada tanıdılmasına səbəb olub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan xalq sənət nümunələri UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Bu nümunələrdən biri də muğamdır. Heydər Əliyev Fondunun muğam sənəti ilə bağlı həyata keçirdiyi layihələr sırasında Muğam Televiziya Müsabiqəsi xüsusi yer tutur. 2005-ci ildən başlayaraq iki ildən bir keçirilən müsabiqə muğam irsimin qorunub saxlanılmasına, gələcək nəsillərə ötürülməsinə, gənc istedadların aşkara çıxarılmasına xidmət edir. Heydər Əliyev Fondunun dəstəyi, AzTV-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən müsabiqə əsl muğam marafonuna çevrilib.
VII Muğam Televiziya Müsabiqəsinin final gecəsində 7 xanəndə - Vəliş Mirzəyev, Faiq Əkbərov, Rəvan Qaçayev, Zülfiyyə Cəbrayılzadə, Murad Rüstəmzadə, İlahə Rüstəmova və Xəyal Hüseynov ifalarını təqdim ediblər. Gecədə İmadəddin Nəsiminin qəzəlləri üstə muğam şöbələri və təsniflər səslənib.
Xatırladaq ki, müsabiqənin münsiflər heyətinin tərkibinə Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi daxildir. Münsiflər heyəti sonda ən yaxşı gənc xanəndəni müəyyənləşdirəcək və qaliblər mükafatlandırılacaq.
Muğam Televiziya Müsabiqəsinə maraq böyükdür. Bu dəfə müsabiqəyə 400 iştirakçı sənəd verib. Onlardan 20-si layihədə iştirak etmək hüququ qazanıb.
-
Elm və təhsil04:44Təhsil işçiləri təltif edildilər - SİYAHI
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...






.jpg)



.jpg)
























.jpg)
