Art
Sevda və Emma Ələkbərzadələr qonaqlara unudulmaz gecə yaşatdı - FOTO
Yazıçı Çingiz Ələkbərzadənin məşhur “Zindan” romanının təqdimatı olub.
Publika.az xəbər verir ki, dünən Bakı Kitab Mərkəzində mərhum yazıçı, jurnalist Çingiz Ələkbərzadənin yenidən nəşr olunmuş “Zindan” adlı kitabının təqdimatı keçirilib. Kitaba “Zindan” və “Dünyanın qopduğu yer” romanları daxildir.
Yazıçının qızları Əməkdar artist Sevda Ələkbərzadə və müğənni Emma Ələkbərzadənin təşəbbüsü ilə keçirilən təqdimat mərasimində Xalq yazıçısı Anar, Xalq şairi Ramiz Rövşən, aktrisa Gülzar Qurbanova, tanınmış ifaçı Akif İslamzadə, müğənni Nura Suri, aktrisa Oksana Rəsulova, əməkdar artist Mehriban Zəki və başqaları iştirak edib.
Atası ilə bağlı xatirələrini paylaşan Sevda Ələkbərzadə uşaqlıq illərini yada salıb.
"Çox sağ olun ki, bu gecə bizi tək qoymamısınız. İstəyirəm bu gün uşaqlıqda bizim evdə olan ab-havanı yenidən təkrarlayaq. Atam və babam musiqini çox sevirdi. Odur ki, evdə musiqili axşamlarımız çox olurdu. Hər zaman Emma piano arxasında oturur, biz isə onu müşayiət edirdik. Gəlin bu ənənəni bu gecə də yaşadaq və o dövrə qayıdaq. Atamın çox sevdiyi və ilk dəfə ondan eşitdiyim mahnını bu gün sizin üçün ifa edirəm" , - deyə əməkdar artist qeyd edib. Daha sonra o, "Ay Laçın" mahnısını səsləndirib.
Tədbirin ən yaddaqalan məqamlarından biri də yazıçının nəvəsi Səidə Ələkbərzadənin şeir oxuması olub.
Həmçinin ASAN radionun direktoru Emin Musavinin ifasında “Zindan” kitabının proloqundan parçalar, Azərbaycanın Xalq artisti Mehriban Zəkinin ifasında isə yazıçının “Anam şöhrət” və “Darıxıram” şeirləri səslənib.
Aparıcısı Xədicə Sənanqızı olduğu mərasim “Salam, Allahım” mahnısının sədaları altında Dövlət Pantomima Teatrının aktyoru, Azərbaycanın Əməkdar artisti Bəhruz Vaqifoğlunun səhnəciyi ilə yekunlaşıb.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı







.jpg)









.jpg)
















.jpg)

