Art
Əzizə Mustafazadə Bakının bu kəndində dincəlir
Azərbaycanın tanınmış cazmeni Vaqif Mustafazadənin qızı, əməkdar artist Əzizə Mustafazadə Bakıya gəlib.
Publika.az xəbər verir ki, bu barədə Sputnik məlumat yayıb.
“Məşhur azərbaycanlı pianoçu ailəsi ilə birlikdə Bakının Pirşağı kəndində dincəlir və oktyabrın 30-da Bakı Konqres Mərkəzində keçiriləcək solo konsertinə hazırlaşır. Tədbirin təşkilatçıları “33 Event və Itiket production”dır. Pianoçu öz komandası ilə çıxış edəcək. Konsertdə yeni albom təqdim olunacaq, caz, muğam və vokal kompozisiyaları, həmçinin məşhur hitlər olan “Laçın”, “Qaçma gözəl”, “Take Five” və bir çox başqa mahnılar səsləndiriləcək”, - məlumatda bildirilir.
Qeyd edək ki, Mustafazadə sonuncu dəfə 2008-ci ildə Bakı səhnəsində çıxış edib. O, Bakıda musiqiçilər - pianoçu və bəstəkar Vaqif Mustafazadə və Elza Mustafazadə ailəsində anadan olub. 17 yaşında Vaşinqtonda Thelonious Monk Piano Müsabiqəsində qalib gəlib. 1991-ci ildə o, “Əzizə Mustafa Zadə” adlı debüt albomunu çıxarıb.
Xaricdə onu “Caz kraliçası” adlandırırlar. Pianoçu uzun illərdir ailəsi ilə Almaniyada yaşayır. Onun yolunu da yeganə oğlu Ramizxan davam etdirir.
-
Dünya13:08Orbitimizə yaxınlaşır - Kuba bir söz deyir, Tramp başqa söz
-
Region12:38Türk və erməni iş adamları bu şəhərdə görüşdülər - Böyük planlar qurular
-
MDB12:14Ramzan Kadırov ilk dəfə bu siyahıya daxil edilmədi - Çeçenistanda nə baş verir?
-
Enerji11:20Avropanın enerji təhlükəsizliyinin açar ölkəsi: Azərbaycan olmadan mümkün deyil
-
Rəsmi xronika10:23İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
-
Sağlamlıq10:16İsti havada soyuq su içməyin, yoxsa... - Həkim xəbərdarlıq etdi
-
MDB09:26Tokayev-Putin görüşü - Tarix dəyişdi
-
Hadisə08:55Bakıda güclü yanğın - Maşınlara ziyan dəydi







.jpg)













.jpg)


















