Art
Əcnəbi rəssamlar Cəbrayılı kətana köçürəcək
Mədəniyyət Nazirliyinin "Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi” layihəsi çərçivəsində bir qrup yerli və xarici rəssamın işğaldan azad edilən Cəbrayıl rayonuna səfəri təşkil olunub.
Pulika.az xəbər verir ki, gənc rəssamlar Cəbrayıl şəhərin dağıntılarını izləyib, Dostluq bulağında olub, gördüklərinin eskizini yaradıblar.
Səfər zamanı onlar həmçinin Arakül kəndində (Cəbrayıl) 1876-cı ildə əkilmiş qədim Xan çinarın qarşısında şəkil çəkdirib, xalq mahnılarını dinləyiblər.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, ölkəmizin İspaniyadakı səfirliyi və Andorranın UNESCO üzrə Milli Komissiyasının nümayəndələrinin təşkilatçılığı ilə ərsəyə gəlmiş bu layihə çərçivəsində rəssamlar ziyarət etdikləri bölgələri, tarixi məkanları və təbiətin gözəlliklərini kətan üzərinə köçürəcəklər. Gənc rəssamların çəkdikləri rəsm əsərlərindən ibarət kataloqun hazırlanması və xarici ölkələrdə yayımlanması, həmçinin rəsm əsərlərindən ibarət sərginin təşkili nəzərdə tutulur.
-
Ekologiya13:50Günəşin son 10 ildə atdığı ən böyük "bomba" - Bu tarixdə Yerə çatacaq
-
Dünya13:08Orbitimizə yaxınlaşır - Kuba bir söz deyir, Tramp başqa söz
-
Region12:38Türk və erməni iş adamları bu şəhərdə görüşdülər - Böyük planlar qurular
-
MDB12:14Ramzan Kadırov ilk dəfə bu siyahıya daxil edilmədi - Çeçenistanda nə baş verir?
-
Enerji11:20Avropanın enerji təhlükəsizliyinin açar ölkəsi: Azərbaycan olmadan mümkün deyil
-
Rəsmi xronika10:23İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
-
Sağlamlıq10:16İsti havada soyuq su içməyin, yoxsa... - Həkim xəbərdarlıq etdi
-
MDB09:26Tokayev-Putin görüşü - Tarix dəyişdi







.jpg)












.jpg)


















