Art
Murad Dadaşov xalq artistini ziyarət etdi - Foto
Azərbaycanın Xalq artisti, “Ata ocağı”nın Nazim atası Qurban İsmayılov DTX Hospitalında açıq ürək əməliyyatı olunub. Ağır əməliyyatı ürək-damar cərrahı Rafiq İbrahimov həyata keçirib.
Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov Qurban İsmayılova xəstəxanada baş çəkib. O cərraha və xəstəxananın personalına uğurlu nəticə üçün minnətdarlığını bildirib:
“Əməliyyatın yaxşı keçməsi bizi sevindirir. Həkimlərimizə təşəkkür edirəm. Qurban müəllim, sizi çox gümrah gördüm. Həqiqətən də, xoşbəxt insansınız ki, bu qədər kritik vəziyyətdən fəsadsız qurtuldunuz ”.
Qurban İsmayılov ona göstərilən diqqət və qayğı üçün tibb işçilərinə, həm də Xəzər Media Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib.
Qurban İsmayılov deyib ki, həyatının qurtulmasını “Ata ocağı” serialının kreativ prodüseri Amiran Babayevə borcludur:
“Ürəyim ağrısa da, biganəlik edirdim. Hətta filmin çəkilişlərinə qatılırdım. Lakin narahatlığımı bilən kimi Amiran məni həkimə getməyə məcbur etdi. Müayinədən sonra vəziyyətimin ağır olduğu bilindi”.
Ürək- damar cərrahı Rafiq İbrahimov bildirib ki, aktyor xəstəxanaya infarkt diaqnozu ilə daxil olsa da, hazırda vəziyyəti yaxşıdır: "4 saat davam edən əməliyyatdan sonra xəstəmiz artıq sərbəst gəzə bilir və həyat göstəriciləri normaldır. Qurban müəllimi sabah evə göndərəcəyik. Müalicəsinə evdə davam edəcək".
Murad Dadaşov Qurban İsmayılova tezliklə sağalmağı arzu edib:
”Siz bizim dəyərli sənətkarımızsınız və “Ata ocağı”nda tezliklə sizi görmək istəyirik”.
-
Dünya13:08Orbitimizə yaxınlaşır - Kuba bir söz deyir, Tramp başqa söz
-
Region12:38Türk və erməni iş adamları bu şəhərdə görüşdülər - Böyük planlar qurular
-
MDB12:14Ramzan Kadırov ilk dəfə bu siyahıya daxil edilmədi - Çeçenistanda nə baş verir?
-
Enerji11:20Avropanın enerji təhlükəsizliyinin açar ölkəsi: Azərbaycan olmadan mümkün deyil
-
Rəsmi xronika10:23İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
-
Sağlamlıq10:16İsti havada soyuq su içməyin, yoxsa... - Həkim xəbərdarlıq etdi
-
MDB09:26Tokayev-Putin görüşü - Tarix dəyişdi
-
Hadisə08:55Bakıda güclü yanğın - Maşınlara ziyan dəydi







.jpg)













.jpg)


















