Art
"Şuşa mədəniyyətin8in incilər": Mamayı məscidi
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə 28-30 avqust tarixində Azərbaycanın mədəniyyət paytaxtında yaradıcı insanların iştirakı ilə “Şuşa yaradıcılıq emalatxanası” adlı layihə həyata keçirilib.
Publika.az xəbər verir ki, layihə çərçivəsində müxtəlif peşə istiqamətləri üzrə Azərbaycandan və Türkiyədən olan yaradıcı sahənin təmsilçiləri Şuşada bir araya gəldilər. 28 avqust tarixində Şuşaya gələn media mənsubları da layihənin iştirakçıları – Azərbaycanın Xalq artistləri, bəstəkarlar Sərdar Fərəcov və Salman Qəmbərov, Əməkdar incəsənət xadimi , musiqişünas Zümrüd Dadaşzadə və başqaları, həmçinin Türkiyədən gələn tanınmış bloqerlərlə birlikdə Yuxarı Gövhər Ağa məscidi və Şuşa Realnı məktəbi, Cıdır düzü, Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin “güllələnmiş heykəllər”i yerləşən mərkəzi meydanı, Şuşa qala divarlarını ziyarət etdilər, şəhərdə aparılan təmir-bərpa işləri ilə tanış oldular.
Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin musiqi sektorunun müdiri Vüqar Hümbətov bildirdi ki, üç gün ərzində 30-a yaxın yaradıcı şəxs –bəstəkar, musiqişünas, yazıçı, fotoqraf, rəssam və digər sənət sahibləri Şuşa ilə yaxından tanışlıq imkanı qazanıblar. Layihənin nəticəsi olaraq ilin sonuna kimi iştirakçıların Şuşaya səfər təəssüratları altında yaranan əsərlərin təqdimatı, qala gecənin keçirilməsi planlaşdırılır. Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin “güllələnmiş heykəllər”i yerləşən meydandan başlayan ziyarətdə Xalq artisti, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru Sərdar Fərəcov dahi bəstəkarın şəxsiyyəti və yaradıcılığı, eləcə də bu abidələrin tarixi barədə iştirakçılara məlumat verdi. Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə Bülbül və Xan qızı Natəvanın yaradıcılığından söz açdı, bu il Bülbülün 125, Natəvanın 190 illik yubileylərinin geniş şəkildə qeyd edildiyini vurğuladı. Çıxışlardan sonra iştirakçılar Şuşanın görməli yerlərini gəzdilər.
Qeyd edək ki, layihənin keçirilməsində məqsəd tarixi və əzəli torpaqlarımızda otuz ilə yaxın sürən işğal dövründə törədilmiş barbarlıq, dağıdılmış abidələrimiz haqqında ictimaiyyəti bir daha məlumatlandırmaq, mədəni irsimiz, zəngin tariximiz və ənənələrimizi layihəyə qatılan yaradıcı insanların təqdim edəcəyi əsərlər vasitəsilə daha yaxından tanıtmaqdır.
-
Nəqliyyat18:20Bu yolda çökmə oldu: sürücülərin nəzərinə!
-
Sosial17:52Yer kürəsində dalğalanma başladı: Təhlükəli saatlarla bağlı xəbərdarlıq edildi
-
Sosial16:26Əsgəran Silah Muzeyi yaradılır
-
Rəsmi xronika15:52İlham Əliyev Qazaxıstanda təməlqoyma mərasimində iştirak etdi
-
Sosial14:42Əli Əsədov “Bakı Metropoliteni” ilə bağlı sərəncam imzaladı
-
MDB14:07Bu türk dövlətində məmurlara işə pencəksiz gəlməyi əmr etdilər - Səbəb nədir?
-
ABŞ13:00Maduro belə şəraitdə saxlanılır: Bu dili öyrənir, kitab oxuyur - Oğlu danışdı
-
Rəsmi xronika12:48İlham Əliyev Qazaxıstana getdi - Foto




































.jpg)



