Avropa
Daha bir ölkə anti-Rusiya ittifaqına qoşuldu
Slovakiya konsultasiyalar üçün Rusiyadakı səfirini geri çağırır.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ölkənin Xarici İşlər Nazirliyinin başçısı Miroslav Layçak jurnalistlərə bildirib.
Layçakın sözlərinə görə, Slovakiya 20 il ərzində ilk dəfə diplomatik missiyanın rəhbərini Rusiyadan çağırır. Bu, “Skripal işi” üzrə Londonun Moskvanın ünvanına səsləndirdiyi ittihamlarla bağlıdır.
“Rusiya diplomatlarının deportasiyası haqqında Böyük Britaniyanın müraciətinə gəlincə, biz buna çox ciddi addım kimi baxırıq. Mən ölkəmizin rəhbərləri və xarici partnyorlarla əlaqədəyəm”, - Xarici İşlər Nazirliyinin başçısı deyib.
Layçak əlavə edib ki, SIS başçısı (əsk-kəşfiyyat –red.) ilə bu məsələni müzakirə etməyi planlaşdırır. Onun sözlərinə görə, Rusiya diplomatlarının mümkün deportasiyası haqqında son qərarı ölkə rəhbərliyi verəcək.
Qeyd edək ki, “Skripal işi” ilə əlaqədar Rusiya diplomatlarını deportasiya edən ölkələrin sayı 24-ə çatıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Xatırladaq ki, martın 4-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Sergey Skripal və onun qızı Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
London Sergey Skripal və qızının zəhərlənməsində birbaşa Rusiyanı ittiham edib. Martın 18-də isə Britaniyanın Xarici İşlər Nazirliyinin başçısı Boris Conson bildirib ki, Kreml SSRİ-nin dağılması vaxtlarından sinir-iflic maddəsinin yeni ehtiyatlarını yaradırdı.
Qeyd edək ki, Rusiya ordusunun polkovniki Böyük Britaniyanın xeyrinə casusluğa görə 2004-cü ildə həbs edilmişdi. Onu xəyanətdə ittiham etdilər: güman edilir ki, Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidməti (MI6) ona Qərbdə işləmiş rus agentlərinin ifşa edilməsinin əvəzində pul ödəyib. İstintaqın nəticələrinə görə, Skripal Britaniya kəşfiyyatı tərəfindən əməkdaşlığa hələ 1995-ci ildə cəlb edilmişdi. Rusiya hakimiyyətinin versiyasına görə, hətta işdən çıxarılandan sonra da sabiq kəşfiyyatçı məxfi məlumatları verməyə davam edirdi. O, məlumatları keçmiş iş yoldaşları vasitəsilə əldə edirdi.
Skripal öz günahını etiraf edib. Bütün rütbələrindən məhrum etməklə onu 13 il azadlıqdan məhrum etdilər.
Amma 2010-cu ildə Skripal Avstriya aeroportunda həyata keçirilən casusların genişmiqyaslı mübadiləsinin iştirakçısı olub. O, ABŞ-da saxlanılmış 4 Rusiya agenti ilə dəyişilmişdi. Skripala Böyük Britaniyaya köçməyə icazə verdilər. 66 yaşlı rusiyalı bazar gününə qədər sakit həyat tərzi sürürdü.
Ömər Dağlı
-
Sosial15:36Bakıda dəbdəbəli toyu olan bəy də məmur övladı imiş - FOTO
-
Rəsmi xronika15:14Prezidentin sosial media hesablarında "SABAH.city" ilə bağlı video paylaşıldı
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?

















.jpg)









.webp)











