Avropa
Rusiya 2024-cü ildə NATO-ya necə QALİB GƏLƏCƏK? – “Qiyamət günü” PLANI VƏ ON GÜNƏ...
ABŞ-ın “The National Interest” nəşri 2024-cü ildə Rusiya və NATO arasında ehtimal edilən müharibənin ssenarisini və nəticələrini uydurub.
Publika.az xəbər verir ki, nəşrə görə, rusların məxfi əməliyyatı “Molotov” adını almışdı.
“Molotov planı”nın Kalininqrad komponenti çox məhdudlaşdırılmış, amma çox sürətli əməliyyatları özünə daxil edirdi, xüsusilə Polşanın Qdansk limanına qarşı. Əsas hədəf bu liman vasitəsilə Birləşmiş Ştatlardan və NATO-dan istənilən hərbi materialların sürətli çatdırılmasının qarşısını kəsmək idi.
Ruslar əsas kimi 1973-cü ilin “Qiyamət günü” müharibəsinin gedişatında reallaşdırılmış Misirin planını götürmüşdülər. Ruslar bu planla Polşa dəhlizini və Qdanskı tutmaq, ya da ən azından bu limanı “S-300” və “S-400” zenit-raket kompleksləri, həmçinin artilleriya və tank əleyhinə sistemlərin köməyi ilə neytrallaşdırmaq fikrində idilər. Onlar dəniz tərəfdən dizel və atom sualtı qayıqlarını hərəkətə keçirdilər, həmçinin onların köməyi ilə alman və Danimarka limanlarını minaladılar.
NATO ilk şokdan sonra, gözlənildiyi kimi, reaksiya verməyə başladı və bütün diqqətini qərb istiqamətinə yönəltdi. NATO qoşunları, israillilər kimi (1973-cü il) səhv məsləhətlər aldı, onlar Qdanskı qaytarmağa və Kalininqradda güclü Rusiya bazalarına hücüm etməyə çalışdılar. Nəticədə baş vermiş qanlı qırğın bəzi tarixçilərin yaddaşında Birinci Dünya müharibəsinin birinci günlərində on minlərlə həlak olmuş əsgər haqqında xatirələri oyatdı.
Rusiya Polşa aerodromlarına yönəlmiş və içində 82-ci hava-desant diviziyasının əsgərləri olan 6-7 ədəd C-17 təyyarəsini vurdu. Nəticədə, yüzlərlə Amerika desantçısı həlak oldu. Ancaq əsl şok o anda başladı ki, ABŞ-ın “USNS Sgt York”, “USNS Omar Bradley” və “USNS Harvey Milk” gəmiləri batırıldı. Onlar “Akula” sinfindən olan Rusiya sualtı gəmisi tərəfindən batırılmışdı.
Rusiyanın hərbi hava gücləri hava hücumuna qarşı müdafiə bölmələriylə birlikdə Qdansk və Kalininqrad ərazisində havada mütləq hökmranlığa nail oldular. Amma bu yalnız bədənin açılışması idi.
Müharibə cəmi 10 gündür ki, davam edirdi və bu anda əsas hərəkətlər şərqdə göründü: Pripyatskiy bataqlığı, Belarus və məxfi “dəhliz” vasitəsilə Polşaya tərəf. Ukraynalılar kömək göstərə bilmirdilər, çünki, onlar atəşin dayandırılması haqqında sazişə bağlı idilər. Daha şokedici məqam o idi ki, macarlar NATO çərçivəsində öz öhdəliklərini yerinə yetirməkdən imtina etdilər, onlar Transilvaniya və Dnestryanı bölgə haqqında çoxillik ərazi mübahisələrinin yenidən baxılmasına nail ola bilməmişdilər.
Eyni zamanda “İslam birləşmiş cəbhəsi”nin döyüşçüləri Kabilə qarşı payız kampaniyasına başladılar. Onlar gizli obrazla Özbəkistan vasitəsilə ruslardan aldığı silahlardan istifadə edirdilər.
Və bu zaman Rusiya tankları irəli hərəkət etməyə davam edirdi. Oktyabrın başlanğıcında onlar xüsusi problemlər olmadan Polşanın cənub hissəsi üzrə keçdilər və Krakovu “azad etdilər”. Ruslar daha sonra Varşavanın yaxınlığındakı Visla çayına yaxınlaşdılar və demək olar ki, hava hücumuna qarşı müdafiə zonasını Almaniyanın sərhədlərinə qədər genişləndirdilər. Onlar sonra birtərəfli atəşin dayandırılmasını elan etdilər və bütün tərəfləri Şanxayda konfransa dəvət etdilər. Çünki, Çin özünü qərəzsiz vasitəçi kimi təklif etmişdi.
Qeyd edək ki, Con Kyuen hərbi tarix üzrə professor və keçmiş dəniz zabitidir.
Belə ssenarilər isə Amerika KİV-ində tez-tez ortaya çıxır. Məsələn, ötən ilin sentyabrında CNBC telekanalı dərc etdiyi məqaləsində iddia etmişdi ki, “Borey” tipli Rusiya atom sualtı qayıqları artıq 2024-cü ildə dəfedilməz zərbəylə ABŞ-ı məhv edə biləcək. Nəşrdə deyilir ki, ənənəvi ballistik raketlərdən fərqli olaraq “Bulava” 10 nüvə və hipersəsli döyüş blokuna qədər daşımağa qadirdir. Mart ayında Senatda çıxış edən Hərbi Hava Qüvvələrinin generalı Con Haytenin sözlərinə görə, ABŞ-da belə silahdan heç bir müdafiə yoxdur. Göründüyü ki, hər iki halda tarix olaraq 2024-cü il göstərilib.
Rusiyanın tanınmış politoloqu və təbliğatçısı, Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi Sergey Markovun da proqnozlaşdırdığı tarix buna çox yaxındır.
Onun sözlərinə görə, Rusiya ilə müharibə təxminən 2022-ci və ya 2023-cü ildə planlaşdırılır.
“Bu vaxtadək Ukrayna ordusunun konvensial silahlar sahəsində və mənəvi ruh nöqteyi-nəzərindən, yəni, Rusiyaya nifrətlə tərbiyəsi məsələsində daha güclü hala gətirilməsi planlaşdırılır. Bu gələcək müharibənin hədəfi elə bir qardaş sallaqxanası yaratmaqdır ki, Putin və ya onun komandası öz hakimiyyətini 2024-cü ildən sonraya uzada bilməsinlər. Rusiya bu planı ləğv etməlidir”, – deyə o, noyabr ayında Kerç boğazı ətrafında baş verən hadisəni şərh edərkən bildirmişdi.
Sonda əlavə edək ki, 2024-cü il Rusiya prezidenti Vladimir Putinin səlahiyyət müddətinin son ilidir.
Ömər Dağlı
-
Region05:55
Qadın qızardılmış toyuq yedikdən sonra öldü - MÜƏMMA
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi