Avropa
Belarus seçkiləri qitələri ÜZ-ÜZƏ GƏTİRDİ: 27 dövlətin toplanması üçün çağırış göndərildi
Polşanın Baş naziri Mateuş Moraveski Avropa İttifaqının fövqəladə sammitinin keçirilməsinə dair çağırış edib.
Publika.az xəbər verir ki, Moraveski Belarusda prezident seçkilərinə etiraz olaraq keçirilən dinc etiraz aksiyalarında vətəndaşlara qarşı güc tətbiqi ilə əlaqədar sammitin keçirilməsini tələb edir.
"Belarusda keçirilmiş prezident seçkilərindən sonra ölkədə dəyişiklik tələb edən vətəndaşlara qarşı güc tətbiq edilib. Belarusluların azadlıq yolunda səy göstərmələrini qətiyyətlə dəstəkləməliyik. Polşa ən yaxın qonşularna cavabdehdir. Buna görə baş nazir Avropa Şurasının sədri Şarl Mişelə və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə (təkliflə) Belarusdakı hadisələrlə əlaqədar Avropa Şurasının fövqəladə zirvə toplantısını çağırmaq üçün məktub yazıb", - baş nazirin ofisindən bildirilib.
Qeyd edək ki, bazar günü Belarusda prezident seçkiləri keçirilib. MSK-nın məlumatına görə, hazırkı dövlət başçısı Aleksandr Lukaşenko 80,23%, ona ən yaxın rəqib Svetlana Tixanovskaya isə 9,9% səs toplayb. Tixanovskaya MSK-nın nəticələrini tanımadıqlarını söyləyib və əlavə edib ki, o, əslində 70-80% səs toplayıb.
Minskdəki seçki məntəqələri bağlandıqdan sonra səhərə qədər dinc etiraz aksiyaları keçirilib. Hüquq-mühafizə qüvvələrinin kütləyə qarşı rezin güllələr, qumbara və su şırnaqlarından istifadə etdiyi bildirilir.
Rusiya və MDB müşahidəçiləri seçkilərin şəffaf keçirildiyini açıqlamışdı.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
