Avropa
Almaniyadan Türkiyəyə DƏSTƏK: "Strateji yanlışlıq"dır
Almaniya Aralıq dənizinin şərqində gərginliklə bağlı Yunanıstanın Türkiyəyə qarşı sanksiya tətbiq etmək barədə təklifinə qarşıdır.
Publika.az "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas bildirib.
O qeyd edib ki, Türkiyəyə qarşı silah embarqosunu "strateji yanlışlıq" hesab edir.
Maas vurğulayıb ki, bu qərarı NATO üzvünə qarşı vermək elə də asan deyil: "Türkiyə Birləşmiş Ştatlardan ala bilmədiyi sistemləri Rusiyadan asanlıqla aldı".
Xatırladaq ki, bu ilin iyununda Türkiyə hökuməti Aralıq dənizinin, Kipr adası yaxınlığında olan ərazisində öz maraqlarını qorumaq barədə qərar verib. Rəsmi Ankara bir sıra ölkələrin etirazına baxmayaraq geoloji kəşfiyyat işlərini davam etdirmək niyyətindədir.
Aralıq dənizinin şərq hissəsi – bir tərəfdə Avropa İttifaqının üzvləri Kipr və Yunanıstanla, digər tərəfdə isə Türkiyə olmaqla gərginlik mənbəyidir. Türkiyə dəfələrlə yataqların Kipr türkləri ilə Kipr yunanlarının birgə işlətmələrini təklif edib. Rəsmi Ankara Moskva ilə əməkdaşlığı da istisna etməyib. Enerji daşıyıcıları mübahisəsinə həmçinin Misir və İsrail də daxildir.
Tərəflər arasında fikir ayrılığı 1974-cü ildə Kiprdə adanın Yunanıstan anneksiyası ilə bağlı çevriliş baş verəndən sonra başlayıb. Həmin vaxt Türkiyə Kiprin şimalına qoşun yeridib və həmin ərazidə Kipr – Türk Federativ dövləti yaradıb. Daha sonra onun adı Şimali Kipr Türk Respublikasına dəyişdirilib. Adanın digər hissəsi isə Kipr Respublikasının nəzarəti altındadır.-silah-embarqosuna-qar-xd.html
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
