Avropa
Ukraynada Müstəqillik Günü ilə bağlı təntənəli parad keçirildi - FOTO
Ukraynanın müstəqilliyinin 30 illiyi münasibətilə Kiyevin mərkəzi Xreşatik küçəsində hərbi parad keçirilib.
Publika.az xəbər verir ki, xarici ölkələrin rəsmilərinin də iştirak etdikləri hərbi parad Ukrayna bayrağının qaldırılması mərasimi ilə başlayıb.
Ukrayna Prezidenti Vladimir Zelenski təbrik nitqində bildirib ki, Ukrayna min illik tarixə malik gənc ölkədir. Ukrayna tarixi və ölkənin özü bənzərsizdir.
Hərbi paradda 5 mindən artıq hərbçi, ağır texnika, hərbi helikopter və təyyarələr, yeni nəsil “An-70” təyyarəsi iştirak edib.
Bundan başqa, Ukraynanın və tərəfdaş dövlətlərin müasir silah, hərbi və xüsusi texnikasının nümunələri Kiyevin mərkəzi küçəsi ilə hərəkət edib. Xüsusilə, zirehli transportyorlar, taktiki döyüş maşınları “Ontsilla”, Ukrayna istehsalı olan “Kazak-2” və “Kazak-2M1” zirehli maşınları, bundan əlavə, “BARS-8” minaatan qurğuları, “Oplot” döyüş tankı, “GIATSINT-B” və 2A65 “MSTA-B” artilleriya haubitsaları, “Qrad” döyüş maşınları, “SAPSAN” əməliyyat-taktiki raket sistemi, JK-360MTs “Neptun” sahil raket sistemi, “BUK-M1” və “TOR”" zenit qurğuları, xüsusi növ tanklar parad izləyicilərinin marağına səbəb olub.
Hərbi paradda, həmçinin pilotsuz uçuş aparatları, həmçinin Türkiyə istehsalı olan “Bayraktar” da nümayiş etdirilib.
Paradın yekununda “MiQ-29” qırıcıları səmada Ukrayna bayrağının təsvirini yaradıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
