Avropa
Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər...
Çinin “Sohu” portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb.
Publika.az xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənub sərhədlərində cəmləşdirməkdə davam etdiyini qeyd edib.
Yazar bildirir ki, bölgə təkmilləşdirilmiş hava hücumundan müdafiə çoxfunksiyalı radiolokasiya stansiyası (radar) və havada incə hədəflərin aşkarlanması və izlənilməsi sistemi ilə təchiz olunub. Hansısa təcavüzkar hərəkətlər olarsa, NATO “böyük sürpriz”lə qarşılaşacaq. Müəllifin sözlərinə görə, F-35-lər Krımda yerləşdirilən modernləşdirilmiş S-300PM-2 hava hücumundan müdafiə sistemləri vasitəsilə 200-250 kilometrdən zərərsizləşdiriləcək.
“Amerika F-35-ləri Rusiyanın hava məkanını pozan kimi, onlar bu qurğular tərəfindən amansızcasına vurulacaq” - yazar qeyd edib.
O xatırladıb ki, Qara dənizin strateji mövqeyi ABŞ və NATO-ya bir çox mühüm şəhərlərə zərbələr endirməyə imkan verir. Bununla belə, Moskvanın S-300, S-400 və S-500-dən ibarət geniş hava hücumundan müdafiə şəbəkəsi Qərb koalisiyasını fikrini dəyişməyə və Rusiyaya qarşı təxribat xarakterli hərəkətlər etməməyə məcbur edəcək.
Qeyd edək ki, son vaxtlar Amerika və Avropa mediası Moskvanın Kiyevə hücum edəcəyi ilə bağlı xəbərlər dərc edir. Kreml dəfələrlə bu ittihamları rədd edib və qeyd edib ki, bu cür hərəkətlər NATO qüvvələrini Rusiya sərhədləri yaxınlığında toplamaq üçün istifadə olunur.
Akqabay
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp



























.jpg)
.jpg)





