Avropa
İtalyan baş nazirin istefası qəbul edildi – Parlament buraxılır, növbədənkənar seçki
İtaliyanın Baş naziri Mario Draqi prezident Sercio Mattarella ilə görüşüb və ikinci dəfə hökuməti ilə birlikdə istefa vermək niyyəti barədə ona məlumat verib.
Publika.az xəbər verir ki, bu barədə İtaliya Prezidentinin saytında məlumat verilib.
“Respublika prezidenti bunu nəzərə alıb. Hökumət cari problemləri həll etmək üçün hakimiyyətdə qalır”, - dəftərxananın bəyanatında deyilir.
“Beləliklə, Nazirlər Kabinetinin fəaliyyəti məhdudlaşacaq”, - “Corriere della Sera” qəzeti qeyd edir. Qanun layihələri (o cümlədən maliyyə) və qanunvericilik aktları hazırlana bilməz, yeni təyinatlara da yol verilmir. Hökumət fövqəladə hallarda dekretlər verə bilər. Qəzet yazır ki, prezidentin Draqinin istefasını qəbul etməmək, parlamenti buraxmaq hüququ var.
“Reuters”in mənbələrinin məlumatına görə, Mattarella parlamenti buraxmağı və oktyabrda növbədənkənar seçkilər təyin etməyi planlaşdırır. “Rai” yazır ki, İtaliya Prezidenti iyulun 21-də günortadan sonra parlamentin hər iki palatasının spikerləri ilə görüşməyi nəzərdə tutub.
Qeyd edək ki, M.Draqi ilk dəfə iyulun 14-də İtaliyanın Baş naziri vəzifəsindən istefa verib və bunu hakim koalisiyadakı problemlərlə izah edib, lakin İtaliya Prezidenti Sercio Mattarella istefanı qəbul etməyib.
Səxavət
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
































