Avropa
Orbandan KRİTİK AÇIQLAMA: "Tramp prezident, Merkel kansler olsaydı..."
Qərb tərəfdaşlarının düzgün davranışı ilə Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının qarşısını almaq olardı.
Publika.az "Telex"ə istinadla xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban bildirib.
O deyib ki, Rusiyanın Ukraynaya hücumu Qərb müttəfiqlərinin günahıdır.
Macarıstanın baş naziri xatırladıb ki, Kreml ABŞ və NATO üzvlərinə verilən təhlükəsizlik tələblərini irəli sürüb. Söhbət Ukraynanın heç vaxt Alyansa üzv olmamasından gedirdi:
"Rusiyanın tələbləri rədd edildi və bu rədd cavabı Ukraynanın işğalına səbəb oldu".
Orban qeyd edib ki, bu mühüm aylarda Donald Tramp ABŞ prezidenti, Angela Merkel isə Almaniya kansleri olsaydı, müharibə baş verməzdi.
Orban Fransa və Almaniyanın Minsk formatının iştirakçısı olduğu vaxtda Ukrayna və Rusiya arasında vasitəçi kimi Avropanın şansını itirdiyini, lakin bu razılaşmaların həyata keçirilməsini təmin edə bilmədiyini vurğulayıb. O, əmindir ki, buna görə də Rusiya avropalılarla deyil, ABŞ-la danışıqlara hazırdır.
Hüseyn İbadlı
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)

.jpg)