Avropa
Türkiyə ZƏMANƏT VERDİ: "Azov" alayının 5 komandiri müharibənin sonuna kimi...
"Mariupolun müdafiəsinə rəhbərlik edən "Azov" alayının 5 zabiti Ukrayna müharibədə qələbə çalana qədər dövlət başçısı Rəcəb Ərdoğanın şəxsi mühafizəsi altında Türkiyədə olacaq".
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində məlumat verib.
"Biz 5 döyüş komandirini geri qaytardıq. Onlar üçün ən çox və ən çətin mübarizə aparmalı olduq. Onlar ən şiddətli təhdidlə üzləşdilər. 5 superqəhrəman. Bunun müqabilində nə mərhəmətə, nə də şəfqətə layiq olan 55-ni verdik", - Ukrayna lideri bildirib.
Zelenski Ukraynanın Türkiyə ilə razılaşdığını və 5 komandirin müharibənin sonuna qədər tam təhlükəsiz, rahat şəraitdə və Rəcəb Ərdoğanın şəxsi himayəsi altında olacağını bildirib.
Azad edilən komandirlər:
- Denis Prokopenko;
- Svyatoslav Palamar;
- Sergey Volınski;
- Oleq Xomenko;
- Denis Schlege.
Qeyd edək ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda jurnalistlərlə söhbətində əsirlərin mübadiləsinin Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya prezidenti Vladimir Putinlə aparılan danışıqlar nəticəsində baş verdiyini bildirib.
Onun sözlərinə görə, əsirlərin mübadiləsi Türkiyənin vasitəçiliyi ilə həyata keçirilib və müharibənin dayandırılması istiqamətində mühüm addımdır.
Xatırladaq ki, Kiyev ilə Moskva arasında əsirlərin mübadiləsi çərçivəsində 215 hərbçi Ukraynaya qaytarılıb, onlardan 108-i "Azov" alayının döyüşçüsüdür.
Həmçinin Ukrayna Silahlı Qüvvələrinin sıralarında xidmət edən 10 əcnəbi əsgər də əsirlikdən azad edilib. Onların arasında “DXR” adlanan yerdə ölümə məhkum olunanlar da var.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
