Avropa
Aİ Şurasından İrana qarşı SƏRT GEDİŞ: Məhsa Əmininin ölümünə görə...
Avropa İttifaqı Şurası 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı başlayan etirazların vəhşicəsinə yatırılması ilə əlaqədar İranın 11 vətəndaşı və 4 təşkilatına qarşı sanksiya tətbiq edib.
Publika.az xəbər verir ki, bu barədə Aİ Şurasının saytında məlumat verilir.
Bildirilib ki, onların arasında "əxlaq polisi"nin, İranın hüquq-mühafizə qüvvələrinin, İnqilab Keşikçiləri Korpusunun kiber bölməsinin nümayəndələri, informasiya və kommunikasiya texnologiyaları naziri də var.
“Sanksiyalar onların Məhsa Əmininin ölümündə rolu və İrandakı son nümayişlərə şiddətli reaksiya ilə əlaqədar tətbiq edilib”, - Aİ Şurası bildirib.
Təqdim edilən tədbirlərə Avropa İttifaqında səyahət qadağası və aktivlərin dondurulması daxildir. Bundan əlavə, Aİ vətəndaşları və şirkətlərinin sanksiyaya məruz qalan fiziki və hüquqi şəxslərə vəsait ayırması qadağandır.
İranda insan haqlarının pozulması ilə bağlı sanksiyaya daxili repressiya və telekommunikasiya monitorinqi üçün istifadə edilə bilən avadanlıqların İrana ixracına qadağa da daxildir.
Ümumilikdə, sanksiya tətbiq edilən siyahıya indi 97 fiziki və 8 hüquqi şəxs daxildir.
Sentyabrın 16-da İranın Şəriət Mühafizəçiləri tərəfindən saxlanıldıqdan sonra 22 yaşlı Məhsa Əmininin ölümü ilə alovlanan etirazlar 1979-cu il inqilabından sonra İranda ruhanilərə qarşı keçirilən ən böyük nümayişlərdən birinə çevrildi və dövlət tərəfindən amansızlıqla qarşılandı.
Əldə olan məlumata görə, İran təhlükəsizlik qüvvələri ilə toqquşmalarda onlarla insan həlak olub.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
