Avropa
Bu ölkə yerli əhalinin 23%-ni itirə bilər - ŞOK PROQNOZ
Latviyanın yerli əhalisi SSRİ-nin dağılmasından sonra sürətlə azalır.
Publika.az xəbər verir ki, bu barədə "The Guardian" yazır.
Nəşrin məlumatına görə, 1991-ci ildən latviyalıların 30%-i ölkədən mühacirət edib.
Qəzetə müsahibə verən ekspertlər hesab edir ki, 2050-ci ilə qədər Latviya öz vətəndaşlarının daha 23,5%-ni itirmək riski ilə üzləşir.
Latviya hökumətinin demoqrafiya üzrə müşaviri İmants Paradnieks deyib: “Bu, bizim üçün ekzistensial problemdir”.
O, həmçinin “Hər bir xalq yenilənməlidir” ifadəsini işlədib və qeyd edib: “Kifayət qədər latviyalı olmadan biz Latviya olaraq qalmayacağıq”.
Latviyanın Mərkəzi Statistika İdarəsinin məlumatına görə, 2021-ci ildə doğulanlardan iki dəfə çox latviyalı ölüb. Eyni zamanda, Riqa miqrantları cəlb etmək istəmir - o, doğum səviyyəsini artırmağı və 300 mindən çox latviyalını xaricdən vətənə qaytarmağı planlaşdırır.
Hüseyn İbadlı
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi


































