Avropa
Kiyevdə əhalinin qismən təxliyəsi elan edildi
Əhalinin bəzi qrupları qışla əlaqədar Kiyevdən çıxarıla bilər.
Publika.az xəbər verir ki, belə bir bəyanatla paytaxt meri Vitali Kliçko Almaniyanın "Bild" qəzetinə müsahibəsində bildirib.
O deyib ki, tammiqyaslı evakuasiyadan söhbət getmir.
"Biz bəzi insanların Kiyevətrafı ərazilərə: uşaq evlərinə, qocalar evlərinə köçməsi ehtimalını nəzərdən keçiririk. Bunu evakuasiya adlandırmaq olmaz, lakin əhalinin bəzi qruplarının müvəqqəti köçürülməsini nəzərdən keçiririk. Amma indi bu barədə söhbət getmir. Amma fərqli ssenarilərə sahib hərəkətlərimiz lazımdır", - mer deyib..
Kliçko vətəndaşları aşağı temperatur zamanı işıqların kəsilməsinin "ən pis ssenarisinə" hazırlaşmağa çağırıb.
Həmçinin, Kiyevin meri Almaniyanı Ukraynaya humanitar yardım göstərməyə çağırıb: müdafiə üçün silahlardan əlavə generatorlar, isti paltarlar və digər zəruri əşyalar ötürmək lazımdır.
Hüseyn İbadlı
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi


































