Avropa
Avropa Komissiyası Ukraynana kömək edəcək
Avropa Komissiyası Rusiyanın hesabına Ukraynaya kömək etməyin yolunu tapıb.
AK rəhbəri fon der Leyen Rusiya aktivlərinin idarə olunması üçün strukturun yaradılmasını təklif edib.
Publika.az xəbər verir ki, Avropa Komissiyası Rusiya vəsaitləri - Mərkəzi Bankın blokadaya alınmış aktivləri və rusiyalı iş adamlarının pulları hesabına Ukraynanın bərpasına kömək etmək yolunu tapıb. AK rəhbəri Ursula fon der Lyayenin bəyanatlarından belə çıxır ki, qısa müddətdə bu aktivlərin idarə edilməsi və onların investisiyası üçün strukturun yaradılması təklif edilir.
“Ukraynaya dəyən ziyan 600 milyard avro dəyərində qiymətləndirilir. Rusiya və onun oliqarxları Ukraynaya dəyən ziyanı ödəməli və ölkənin yenidən qurulması üçün xərcləri ödəməlidir. Rusiyanın bunun ödəməsi üçün Rusiya Mərkəzi Bankının 300 milyard avro ehtiyatını və rus oliqarxlarının 19 milyard avro pulunu blokladıq”, - deyə açıqlamada bildirilir.
Məlumata görə, Avropa Komissiyası ideyanın reallaşmasına imkan verəcək beynəlxalq müqavilə üzərində işləməyi planlaşdırır: "Biz birlikdə bunun qanuni yollarını tapacağıq. Bu, ilk dəfə deyil ki, Avropa Komissiyası Rusiya aktivlərini yalnız dondurmaq deyil, müsadirə etmək məqsədindən danışır".
Oktyabrda fon der Leyen qeyd edib ki, hələlik bunun üçün lazımi hüquqi əsas yoxdur. Rusiya hökuməti isə öz növbəsində Avropa İttifaqı və Rusiyada müxtəlif səbəblərdən dondurulmuş aktivlərin mübadiləsinin nəzəri mümkünlüyünü bəyan edir, lakin vəziyyəti çətin olaraq dəyərləndirir.
Ayşən Rəhim
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı














.jpg)














.jpg)



.jpg)

