Avropa
Papa gələcəklə bağlı dəhşətli proqnoz verdi
Roma Papası Fransisk bazar günü Vatikanda keçirilən mərasimdə bəşəriyyəti qaranlıq vaxtların yaxınlaşması barədə xəbərdar edib.
Publika.az "Daily Mail"ə istinadla xəbər verir ki, bəşəriyyətin mövcud problemlərinə - münaqişələr, yoxsulluq, aclıq, artan yaşayış dəyəri və enerji böhranına baxmayaraq, o, gələcəkdə daha dəhşətli şeylər baş verəcəyini söyləyib.
"Bu, artan ədalətsizlik, aclıq, yoxsulluq və iztirablarla dolu acı bir zamandır. Ancaq bu qaranlıq və qeyri-müəyyən dövrlərdə daha çox məhv və dağıntılar var", - Papa deyib.
Frensis yaxın gələcəkdə dünyada nəyin baş verə biləcəyini açıqlamayıb.
"Milad bayramından əvvəl Rəbbin məhəbbəti də yerə enir ki, bu həm də xilas vaxtıdır", - Papa əlavə edib.
Hüseyn İbadlı
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)

.jpg)