Avropa
Qərbdən İLK HƏMLƏ: "Makron Zelenskiyə söz verib ki..."
Fransa Ukraynaya yeni hərbi texnika tədarük edəcək.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla söhbətindən sonra məlumat verib.
"Fransa yaxın vaxtlarda Ukrayna Silahlı Qüvvələrinə tanklar və zirehli transportyorlar təhvil verəcək", - Bu barədə Ukrayna prezidenti "Twitter" səhifəsində yazıb.
"Fransa Prezidenti ilə mövcud vəziyyətlə bağlı uzun və ətraflı söhbət oldu. Ona yüngül tankların və "Bastion" zirehli transportyorlarının Ukraynaya təhvil verilməsi qərarına, eləcə də bu istiqamətdə tərəfdaşlarla işin intensivləşdirilməsinə görə təşəkkür etdim", - Zelenski qeyd edib.
Reuters agentliyi anonimlik şərti ilə jurnalistlərə açıqlama verən Yelisey sarayının nümayəndəsinə istinadla Fransa tərəfinin "AMX-10 RC" zirehli maşınlarını təhvil verəcəyi barədə məlumat yayıb.
Fransız rəsminin sözlərinə görə, prezident Emmanuel Makron Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı zamanı Ukraynaya hərbi texnika tədarük edəcəyinə söz verib.
"Ukrayna ordusuna dəstək üçün ilk dəfə olaraq Qərb istehsalı olan zirehli texnikalar verilir", - Yelisey sarayının nümayəndəsi bildirib.
Onun sözlərinə görə, söhbət "AMX-10 RC" zirehli maşınlarından gedir. Lakin rəsmi şəxs çatdırılma tarixi və onun həcmini açıqlamayıb.
Hüseyn İbadlı
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi




















.png)
















