Avropa
Müdafiə nazirlərinin Stokholmda kritik görüşü - Reznikov da oradadır
Bu gün Aİ-nin 27 ölkəsinin müdafiə nazirləri NATO-nun baş katibi Yens Stoltenberq və ukraynalı tərəfdaşların iştirakı ilə Stokholmda açılacaq iki günlük qeyri-rəsmi iclas keçiriləcək.
Publika.az xəbər verir ki, iclasda mərmi ehtiyatlarının böyük hissəsinin Ukraynaya göndərilməsi imkanını müzakirə edəcəklər.
Müdafiə nazirliklərinin rəhbərləri, həmçinin Kiyev üçün artilleriya sursatlarının alınmasının maliyyələşdirilməsini də razılaşdırmalıdırlar. İclas iştirakçıları cari məsələlər, o cümlədən Aİ-nin hərbi əməliyyatları haqqında da danışıqlar aparacaqlar.
Görüş axşam saatlarında bağlı qapılar arxasında başlayacaq və əsas iş sessiyası çərşənbə günü baş tutacaq. Ukrayna tərəfini müdafiə naziri Aleksey Reznikov təmsil edəcək.
Belçikanın “Le Soir” qəzetinin martın 3-də yazdığına görə, müdafiə nazirləri AB Xarici İşlər Xidmətinin bütün 155 mm-lik artilleriya mərmilərinin anbarlardan təcili şəkildə Ukraynaya göndərilməsi və çoxmilyardlıq ordunun təcili formalaşdırılması üçün hazırladığı planı nəzərdən keçirməli olacaqlar. Nəşrin məlumatına görə, bundan sonra plan müdafiə və xarici işlər nazirlərinin Brüsseldə planlaşdırılan birgə iclasında təsdiq edilməli və martın 23-24-də Aİ sammitində işə salınmalıdır.
Ayşən
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi


































