Avropa
Berlində qadınlara hovuzda sinəsi açıq üzməyə icazə verildi
Almaniyanın paytaxtı Berlində qadınlara ictimai hovuzlarda sinəsi açıq şəkildə üzməyə rəsmən icazə verilib.
Publika.az xəbər verir ki, bu barədə “Spiegel” nəşri şəhər Senatının Ədliyyə, Müxtəliflik və Ayrı-seçkiliyə Qarşı Mübarizə İdarəsinə istinadən məlumat yayıb. Bildirilib ki, bundan sonra sinəsi açıq üzgüçülük qadınlar üçün də mümkün olmalıdır. Fərmanda qeyd edilib ki, qadınlar ictimai yerlərdə kişilərlə eyni hüquqlara malikdir. Yəni, onlar da kişilər kimi, üst paltarsız üzə bilərlər.
Bu qərara səbəb 2022-ci ilin dekabrında baş verən hadisə olduğu iddia edilir. Belə ki, Berlin-Kaulsdorf hovuzunun işçiləri 33 yaşlı qadından sinəsini örtməsini istəyiblər. O, bundan imtina etdiyi üçün işçilər onu hovuzdan uzaqlaşdırmağa məcbur oldular. Bundan sonra zərərçəkmiş cinsi ayrı-seçkiliyə qarşı qanunvericilik üzrə şikayət edib.
2022-ci ilin avqustunda isə İspaniyanın Kataloniya Muxtar İcmasının hakimiyyət orqanları qadınların ictimai hovuzlarda sinəsi açıq üzməsinə icazə verib.
Aytən
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
