Avropa
Marselin mərkəzində yaşayış binası uçdu
Fransanın cənubunda, Marselin mərkəzində dördmərtəbəli yaşayış binası uçub və sonra yanğın başlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.
Şəhərin meri Benoit Payan bildirib ki, faciə Tivoli küçəsində baş verib. Orada 17 saylı bina ilə yanaşı, iki qonşu - 15 və 19 saylı binalar da uçub.
Dağıntılar nəticəsində baş verən yanğın xilasedicilərin itlərdən istifadə edərək dağıntılar altında qurbanların axtarışına mane olur. Yanğınsöndürmə xidmətinin nümayəndəsinin sözlərinə görə, 100 xilasedici hadisə yerindədir.
Qonşu evlərdən insanlar təxliyə edilib. İndi yanğını söndürməyə çalışırlar.
Hələlik nə qurbanların dəqiq sayı, nə də dağıntının səbəbi məlum deyil.
Hüseyn İbadlı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov






.jpg)






.jpg)





















