Avropa
Makronu Niderlandda biabır etdilər: "Şiddətin prezidenti..."
Makron 2 günlük rəsmi səfər çərçivəsində gəldiyi Niderlandın Haaqa şəhərindəki Nexus İnstitutunda Avropada yaşıl sənaye ilə bağlı çıxış edib. Çıxışının əvvəlində Makronun sözünü kəsiblər.
Publika.az xəbər verir ki, etirazçılar "Şiddət və riyakarlığın prezidenti" "İqlim razılaşmasına əməl edilmir", "(Fransada) Milyonlarla insan küçədə. Avropadan necə danışa bilərsən?" yazıları olan pankartlar açıblar.
Nümayişçilərdən biri deyib: "Məncə, biz nəyisə itirdik. Fransız demokratiyası haradadır?" sualına cavab olaraq Makron bildirib ki, bir az vaxt verildiyi təqdirdə bu sualı cavablandıracaq.
"Mən qəbul edilmiş və ya seçilmiş qanuna qarşıyam, nə istəyirəmsə, onu da edirəm, çünki etdiyim işin qanuni olub-olmamasına mən qərar verirəm", - Makron deyib.
Emmanuel Makron təqaüd yaşını 62-dən 64-ə qaldırmaq istədiyini bildirərək, pensiya yaşının digər ölkələrdə çox yüksək olduğunu bildirib.
Çıxışında Ukrayna-Rusiya müharibəsinə toxunan Makron vurğulayıb ki, Avropa tarixinin ən “təhlükəli” dövrlərindən birini yaşayır.
Qeyd edək ki, pensiya yaşı islahatları ilə bağlı olaraq Fransanın bir çox yerində polislər nümayişçilərə qarşı şiddətlə müdaxilə və zorakılıq edir.
Martın 16-dan bəri ölkə boyu keçirilən etiraz aksiyalarında 1000-dən çox adam saxlanılıb.
Ayşən
-
Magazin120:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur














.jpg)


















.jpg)


