Avropa
Ölkədə siqaret qadağan olunur - Tərgidənlərə dövlət tərəfindən xüsusi...
Fransanın səhiyyə naziri Orelyen Russo ölkədəki çimərliklərdə və meşələrdə siqaret çəkilməsinin qadağan ediləcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, nazir Russonun 2023-2027 Yeni Milli Tütünlə Mübarizə Proqramını təqdim edən yazılı açıqlaması Səhiyyə Nazirliyinin internet saytında dərc edilib. Fransada hər il orta hesabla 75 min insanın siqaret səbəbiylə öldüyünə diqqət çəkən Russo, bunun gündə təxminən 200 ölümə bərabər olduğunu vurğulayıb. Ölkədə ilk ölüm səbəbinin siqaret olduğuna diqqət çəkən Russo, 2023-2027 Yeni Milli Tütünlə Mübarizə Proqramı çərçivəsində siqaret qutularının qiymətini mərhələli şəkildə artıracaqlarını açıqlayıb.
Beləliklə, siqaret qutusunun qiyməti 2025-ci ildə 12 avroya, 2027-ci ildə isə 13 avroya yüksələcək. Russo, proqram çərçivəsində çimərliklərdə, ictimai bağlarda, məktəblər kimi bəzi ictimai yerlərdə və meşələrdə siqaret çəkilməsinin qadağan ediləcəyini bildirib.
Proqramla ictimai yerlərdə siqaret istifadəsini azaltmağı hədəflədiklərini ifadə edən Russo atılan addımlarla xüsusilə siqaret çəkməyən gənclərin daha az siqaret tüstüsünə məruz qalacağını vurğulayıb. Birdəfəlik siqaretləri də qadağan edəcəklərini qeyd edən Russo, siqareti atmaq istəyənlərə daha çox dəstək veriləcəyini ifadə edib.
Avstraliyanın səhiyyə naziri Mark Batler gənclərdə nikotin asılılığını azaltmaq üçün 2024-cü il yanvarın 1-dən etibarən birdəfəlik elektron siqaretlərin idxalına qadağa qoyulacağını açıqlamışdı.
Nəzrin
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)

.jpg)