Avropa
Vatikanda bıçaqlı HÜCUM: xəsarət alan var
Bazar günü Papanın izdiham qarşısında həftəlik çıxışı etdiyi gün Müqəddəs Pyotr meydanına gedən insanlar üzərində adi yoxlama zamanı bıçaqla silahlanmış şəxs saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Bildirilib ki, 51 yaşlı italyan Vatikanda Müqəddəs Pyotr kilsəsinə aparan yolda - Via della Conciliazionedə yoxlama zamanı saxlanılıb.
Polis bildirib ki, kişini tərksilah etmək üçün qarşıdurma zamanı bir məmur yüngül xəsarət alıb.
Qeyd edilib ki, həmin şəxsin bıçağı terrorla əlaqəli daşıdığına dair heç bir sübut yoxdur və o, zabitə hücum və müqavimət göstərmək ittihamı ilə həbs edilib.
İtaliyanın "Ansa" xəbər agentliyi isə bildirib ki, saxlanılan şəxs psixi pozğunluqdan əziyyət çəkir.
Hüseyn İbadlı
-
Maraq dünyası17:00Sürücü polisin yazdığı cərimə protokolunu yedi
-
Hadisə16:32Bakının Xətai rayonunda güclü yanğın başlayıb - VİDEO
-
Yaxın Şərq16:21Xamenei müəmması böyüyür - "Köhnə videodur, amma sağdır" deyirlər
-
Nəqliyyat15:54Bakıda sürücü avtomobili yolun ortasında qoyub getdi - VİDEO
-
Avropa15:09Almaniya XİN-dən Sülh Sammitinin ildönümü ilə bağlı paylaşım
-
Hadisə14:50Çingiz Əlioğlu vəfat etdi
-
Ekologiya12:36Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - HAVA PROQNOZU
-
MDB12:19Dəhşətli qəza - 4 nəfər yanaraq öldü (VİDEO)






































