Avropa
Almaniyadan viza qərarı: Yeni sistemə keçid
Almaniya ölkədə işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq üçün iş vizası tələblərini yüngülləşdirib.
Publika.az xəbər verir ki, bu il iş vizalarının sayı 10 faizdən çox artıb. Açıq iş yerlərinin sayı 1 milyonu keçsə də, daha 200 min nəfərə iş vizası veriləcəyi gözlənilir.
Ötən il əmək miqrasiyası ilə bağlı qaydalar liberallaşdırılıb və 1 milyon 300 min iş yeri yaradılıb. Bacarıqlı işçilər və mütəxəssislər cəlb etmək istəyən Almaniya iş vizası ilə ölkədəki işçi çatışmazlığını aradan qaldırmağı hədəfləyir.
Tələbə vizaları 20 faiz, şagird vizaları isə iki dəfə artıb. Bildirilib ki, xarici ixtisasların tanınması təxminən 50 faiz artıb.
Yeni bal sistemi Aİ vətəndaşı olmayan əcnəbilərin Almaniyanın əmək bazarına daxil olmasını və ailələrini özləri ilə gətirmələrini asanlaşdıracaq. Ballar toplanarkən alman dili biliyi, peşə təcrübəsi və yaş kimi kriteriyalar nəzərə alınacaq.
Almaniyada məşğulluq son 5 ildə 1,6 milyon artdığı halda, bunun yüzdə 89-unun əcnəbilərə aid olduğu ifadə edilir.
Aysel Şahmar
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
