Avropa
Makronun reytinqi rekord həddə düşdü
Fransa Prezidenti Emmanuel Makronun (19%) və baş nazir Fransua Bayrunun (18%) dəstək reytinqi Beşinci Respublikanın tarixində ən aşağı səviyyəyə çatıb.
Publika.az xəbər verir ki, bu barədə "Journal du Dimanche" üçün aparılan "Ifop" sorğusunun məlumatlarında deyilir.
İkilinin ümumi balı 37 bal təşkil edib ki, bu da 2014-cü ildə Fransua Olland və Manuel Valsın 51 balından aşağı olub. Makron seçiciləri arasında dəstək 2022-ci ildən bu yana 12 bal azalaraq 49%-ə düşüb.
"Makron, reytinqi 20%-dən aşağı düşmüş ilk prezident kimi tarixə düşdü. Hətta "sarı jiletlilər" böhranının pik nöqtəsində bu, 23% idi", - tədqiqatın müəllifləri qeyd ediblər.
Respondentlərin 82%-i Bayrudan narazıdır, 50%-i isə “son dərəcə narazıdır”. Kəskin azalmaya vətəndaşların sosial ədalətsiz hesab etdiyi 2026-cı il büdcə qanunu kömək edib.
Yanvar ayında Fransa Prezidentinin reytinqinin 21%-ə düşdüyü bildirilmişdi. Dekabrda Makronun reytinqi 24% olub. Yanvar sorğusunda 2001 Fransa sakini iştirak edib.
Hüseyn İbadlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sərhədlərinizi qorumağı unutmayın
-
İdman10 Yanvar 23:12Rəqsləri sosial mediada trend oldu - VİDEO
-
Region10 Yanvar 23:00İranda İsrail agenti saxlanılıb
-
İdman10 Yanvar 21:48Türkiyə Superkubokunun qalibi müəyyənləşdi
-
Magazin210 Yanvar 21:12Sezen Aksudan sevənlərinə ÜZÜCÜ XƏBƏR
-
Nəqliyyat10 Yanvar 20:36Metroda yeni gediş haqqı - NECƏ ÖDƏNƏCƏK?
-
MDB10 Yanvar 20:24Moskva-İrəvan reysində yanğın - VİDEO
-
Magazin110 Yanvar 19:36Qumraldan İDDİALI AÇIQLAMA: "Ona qalsa, mən də sənətkaram"























.jpg)













